Dünya çempionatı: 3 güləşçimizin bürünc şansı

Xəbərlər
23 Avqust 2024 18:44
865
Dünya çempionatı: 3 güləşçimizin bürünc şansı

İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.

Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından 3-ü bürünc medal şansını qoruyur.

U-17 dünya çempionatı
Sərbəst güləş
4️8️ kq

Hacıhüseyn Əhmədzadə təsnifat mərhələsində Çingiz Sarıqlara (AİN) 2:11 hesabıyla məğlub olub.

5️5️ kq
Hüseyn Hüseynov türkmənistanlı Azatberdi Aşırquliyevə 3:1 hesabıyla üstələyərək 1/4 finala yüksəlib. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə tam üstünlüklə (11:1) qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Hüseyn finala gedən yolda Puerto-Riko təmsilçisi Josef Baxmanla qarşılaşıb. 2:5 hesabı ilə uduzan təmsilçimiz bürünc uğrunda yarışacaq.

6️5️ kq
İsa Yusibov 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana 0:6 hesabıyla uduzub.

8️0️ kq
Məhəmməd Abbaszadə 1/8 finalda gürcüstanlı Nikolas Masuradzeyə 1:7 hesabıyla məğlub olub. Onun rəqibi finala yüksəldiyindən Məhəmməd bürünc şansını saxlayıb.

1️1️0️ kq
Muxamad Qantemirov 1/8 finalda amerikalı Maykl Mokko ilə qarşılaşıb. Rəqib 16:6 hesabıyla qələbə qazanıb. Mokko həlledici döyüşə vəsiqə qazandığından Qantemirovun medal qazanmaq şansı davam edir.

Qeyd edək ki, sərbəst güləş üzrə həlledici mərhələnin görüşləri sabah keçiriləcək.

İdman.biz