Dünya çempionatı: sərbəst güləşçilər 2 bürüncə seviniblər

Xəbərlər
24 Avqust 2024 20:44
1 319
Dünya çempionatı: sərbəst güləşçilər 2 bürüncə seviniblər

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə ilk mükafatçılar bəlli olub.

Azərbaycan millisinin 3 idmançısı da medal uğrunda xalçaya çıxıb.

U-17 dünya çempionatı
Sərbəst güləş

5️5️ kq
Yarımfinalda məğlub olan Hüseyn Hüseynov bürünc medal görüşünə çıxıb. O, ermənistanlı Qaqik Xazaryanla üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Hüseyn çempionatı 3-cü pillədə başa vurub.

8️0️ kq
Məhəmməd Abbaszadə təsəlliverici görüşlərdə öncə qırğızıstanlı Qanbat Tserenpuntsaqı, ardınca hindistanlı Vevik Veviki məğlub edib. Güləşçimiz 3-cü yer uğrunda Artur Kostyukla (Ukrayna) qarşılaşıb. Görüş 5:5 hesabı ilə yekunlaşsa da, son xal prinsipinə əsasən rəqib idmançı qalib elan olunub.

1️1️0️ kq
Təsəlliveri görüşdə Yaraslav Koxanı (AİN) məğlub edən Muxamad Qantemirov bürünc medal uğrunda yarışıb. Onun rəqibi gürcüstanlı Qiqia Lukunidze olub. 7:0 hesabı qalib gələn güləşçimiz fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, sərbəst güləş üzrə digər 5 çəkidə qaliblər sabah bəlli olacaq.

İdman.biz