Dünya çempionatı: Son gündə yığmamız 1 gümüş, 1 bürünc qazanıb

Xəbərlər
25 Avqust 2024 20:07
1 163
Dünya çempionatı: Son gündə yığmamız 1 gümüş, 1 bürünc qazanıb

İordaniyanın paytaxtı Ammanda keçirilən güləş üzrə U-17 dünya çempionatına bu gün yekun vurulub.

İdman.biz xəbər verir ki, mundialın son günündə sərbəst güləşçilər axırıncı 5 dəst medalın sahibini müəyyənləşdiriblər.

Azərbaycan millisinin 2 idmançısı da mükafat uğrunda gücünü yoxlayıb.

U-17 dünya çempionatı
Sərbəst güləş
4️5️ kq

Yarımfinalda məğlub olan Rəvan Həsənzadə bürünc medal uğrunda görüşdə rəqibini gözləyir. O, Bekzat Amangeldi (Qazaxıstan) ilə üz-üzə gəlib. Güləşçimiz "tuş"la qalib gələrək, bürüncə sahib çıxıb.

6️0️ kq
Hüseyn İsmayılov çempionluq döyüşünə çıxıb. Güləşçimiz finalda qırğızıstanlı Omurbek Asan Uulu ilə münasibətinə aydınlıq gətirıb. 1:5 hesabı ilə məğlub olan Hüseyn dünya çempionatının gümüş medalını sahib çıxıb.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Hüseyn Hüseynov (55 kq) və Muxamad Qantemirov (110 kq) bir gün öncə bürünc medal qazanıb.

İdman.biz