Dünya çempionatı: Ruslan Nurullayev bürünc qazanıb

Xəbərlər
4 Sentyabr 2024 21:24
1 270
Dünya çempionatı: Ruslan Nurullayev bürünc qazanıb

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizə yekunlaşlb.

İdman.biz xəbər verir ki, bu növdə millimizin 2 bürünc medal qazanmaq şansı qalıb.

Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev (72 kq) millimizə növbəti medalları qazandırmağa çalışıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi

60 kq
Bu gün qatıldığı təsəlliverici görüşdə polşalı Dominik Partikaya qalib gələn Tural Əhmədov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Neytral Bayraq altında çıxış edən rusiyalı Papik Dzavadiyan olub. İdmançımız 0:2 hesabı ilə uduzaraq, çempionatı medalsız başa vurub.

72 kq
Bürünc medal

Ruslan Nurullayevin medal uğrunda görüşdə rəqibi Venhao Hu (Çin) ilə qarşılaşıb. 6:5 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığmasının heyətində Cocu Səmədov (87 kq) gümüş medala sahib çıxıb.

İdman.biz

Məqalədə: