Dünya çempionatı: Cankurtarandan vida, Qurbanova medal şansını saxlayıb

Xəbərlər
5 Sentyabr 2024 19:31
876
Dünya çempionatı: Cankurtarandan vida, Qurbanova medal şansını saxlayıb

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşçilərin mübarizəsi davam edir.

Azərbaycanın 2 pəhləvanı 1/8 final mərhələsində mübarizəyə başlayıb.

U-20 dünya çempionatı
Qadın güləşi

5️3 kq
Əsmər Cankurtaranın ilk mərhələdə rəqibi Sofiia Marçenkoya (Ukrayna) “tuş”la qalib gəlib. Əsmər uğurlu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Burda o, hindistanlı Jyoti Jyotiyə 4:15 hesabı ilə uduzub. Rəqibi fınala yüksəlmədiyi üçün idmançımız bürünc medal şansını itirib.

62 kq
Günay Qurbanova ilk görüşündə Annatina Kendraya (İsveçrə) 16:5 hesabı ilə qalib gəlsə də bu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Günay ukraynali İrina Bondara 4:10 hesabı ilə uduzub. Bondar finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: