Dünya çempionatı: Karsanov finalda, Abdullazadənin bürünc şansı

Xəbərlər
6 Sentyabr 2024 19:37
796
Dünya çempionatı: Karsanov finalda, Abdullazadənin bürünc şansı

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Millimizin 5 üzvü xalça üzərinə çıxıb.
U-20 dünya çempionatı
Sərbəst güləşi
Təsnifat mərhələsi

57 kq
Bəşir Verdiyev ilk görüşündə Kaio Duartenyə (Braziliya) 3:14 hesabı ilə uduzub.

65 kq
Ayxan Abdullazadənin ilk görüşündə Daniel Marian Sanduruya (Rumıniya) 12:2 hesabı ilə qalib gəlib. O, daha sonra ermənistanlı rəqibi Arman Musikyanı 12:8 hesabı ilə məğlub edib. Ayxan uğurlu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Pəhləvanımız iranlı Ali Mahmud Xorramdelə 6:9 uduzub. İranlı güləşçi finala yüksəldiyindən Abdullazadə bürünc medal uğrunda təsəlliverici görüşdə güləşəcək.

70 kq
Ramik Heybətov ilk görüşündə ukraynalı Bohdan Olenyuka 2:3 hesabı ilə məğlub olub.

79 kq
Emin Qocayev ilk olaraq Adilet Nubekoviçi (Qırğızıstan) 15:8 hesabı ilə üstələyib. Güləşçimiz 1/8 finalda Beynəlxalq Bayraq altında çıxış edən Dimitri Lukaşuk ilə bacaqmayıb - 1:3.

1/8 final
97 kq

Xetaq Karsanov ilk görüşdə rəqibi Aitenir Maksatova (Qırğızıstan) heç bir şans verməyib, 11:0. Daha sonra Rifat Ereni (Türkiyə) gərgin keçən mübarizədə 2:1 məğlub edən Xetaq yarımfinala yüksəlib. Onun növbəti rəqibi slovakiyalı Adam Jaksik olub. İdmançımız 5:0 hesabı ilə qalib gələrək, finalçı olub.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: