Qurbanova dünya çempionatını medalsız başa vurub

Xəbərlər
6 Sentyabr 2024 14:36
137
Qurbanova dünya çempionatını medalsız başa vurub

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 5-ci günündə daha 1 medal qazanmaq şansımız var.

62 kq-da təsəlliverici görüşdə qalib gələn Günay Qurbanova bürünc medal uğrunda xalçaya çıxıb.

U-20 dünya çempionatı
Qadın güləşi

62 kq
Günay Qurbanova ilk görüşündə Annatina Kendraya (İsveçrə) 16:5 hesabı ilə qalib gəlsə də, bu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Günay ukraynali İrina Bondara 4:10 hesabı ilə uduzub. Bondar finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edib. O, burda Çin Taypeyini təmsil edən Yi Ye Lini məğlub edib. Günay üçüncü yer uğrunda görüşdə rəqibi meksikalı Melaniye Nahomiyə 0:6 hesabı ilə uduzaraq, çempionatı medalsız başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: