V Dünya Köçəri Oyunlarında millimiz İLK MEDALINI qazanıb

Xəbərlər
9 Sentyabr 2024 15:54
779
V Dünya Köçəri Oyunlarında millimiz İLK MEDALINI qazanıb

Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında idmançılarımız ilk medalı qazanıblar.

İdman.biz xəbər verir ki, buna qazaq güləşində Elşən Dünyamalıyev (55 kq) nail olub.

O, monqolustanlı Qantuq Bayantura qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.

İdman.biz

Məqalədə: