Daha bir güləşçimiz Astanada medal əldə edib

Xəbərlər
9 Sentyabr 2024 16:15
709
Daha bir güləşçimiz Astanada medal əldə edib

Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları davam edir.

İdman.biz xəbər verir ki, qazaq güləşi üzrə Ülviyyə Bayramova (52 kq) bürünc medalı qazanıb.

Təmsilçimiz moldovalı Mariya Leordaya qalib gələrək bu nəticəni əldə edib.

Qeyd edək ki, V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.

İdman.biz