V Dünya Köçəri Oyunlarında daha bir GÜMÜŞ MEDAL - FOTO

Xəbərlər
9 Sentyabr 2024 18:18
849
V Dünya Köçəri Oyunlarında daha bir GÜMÜŞ MEDAL - FOTO

Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları davam edir.

İdman.biz xəbər verir ki, qazaq güləşi üzrə Eyvaz Baxşıyev (60 kq) gümüş medalı qazanıb.

Təmsilçimiz finalda qazaxıstanlı Meirzhan Bereketova məğlub olub.

Millimizin heyətindən bu idman növündə növbəti medalı Emil Həsənov (74 kq) qazanıb. Onun sahib çıxdığı medalın əyarı gümüş olub.

Qeyd edək ki, oyunlar sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.

İdman.biz