Güləşçilərimiz Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə

Xəbərlər
16 Sentyabr 2024 15:31
193
Güləşçilərimiz Qazaxıstanda keçiriləcək beynəlxalq turnirdə

Sabah Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirinə start veriləcək.

İdman.biz xəbər verir ki, beynəlxalq yarışda ölkəmizi sərbəst güləşçilər təmsil edəcək.

Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.

Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.

Qeyd edək ki, yarış sentyabrın 20-dək davam edəcək.

İdman.biz

Məqalədə: