Sərbəst güləşçilərimiz Minskdə 8 medal qazanıb

Xəbərlər
22 Sentyabr 2024 10:36
144
Sərbəst güləşçilərimiz Minskdə 8 medal qazanıb

Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə Aleksandr Medved turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi yarışda iştirak edən yığmamız 8 medal qazanıb.

Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.

İdman.biz