Güləşçilərimiz Rusiyada 3 medal qazanıb

Xəbərlər
25 Sentyabr 2024 16:47
226
Güləşçilərimiz Rusiyada 3 medal qazanıb

Rusiyanın Tümen şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil edilən yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib.

Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandalarının iştirak etdiyi ənənəvi turnirdə 3 güləşçimiz fəxri kürsüyə qalxıb.

Bu yarışda özünü 60 kq-da sınayan Eldəniz Əzizli və Ülvi Qənizadə (72 kq) finala yüksəlib. Ancaq zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medalla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: