Dünya çempionatında 25 güləşçimiz mübarizə aparacaq – HEYƏT

Xəbərlər
2 Oktyabr 2024 14:04
240
Dünya çempionatında 25 güləşçimiz mübarizə aparacaq – HEYƏT

Oktyabrın 21-dən 27-dək Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, 650-dən çox idmançının qatılacağı mundialda ölkəmiz 25 güləşçi ilə təmsil olunacaq.

Yunan-Roma növündə 10 klassikimiz xalçaya çıxacaq. Vasif Bağırov (57 kq), Ruslan Abdullayev (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed Xanıyev (70 kq), Cəbrayıl Qadjıyev (74 kq), Əli Tskayev (79 kq), Arsen Çoyev (86 kq), Abdulcəlil Şabanov (92 kq), Aslan Abakarov (97 kq) və Yusif Dursunov (125 kq) xalçaya çıxacaq.

Qadınların mübarizəsində 50 kq-da Elnurə Məmmədova, 55 kq-da Gültəkin Şirinova, 57 kq-da Jalə Əliyeva, 59 kq-da Gülər Həbibova və 62 kq-da Ruzanna Məmmədova fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacaq.

Sərbəst növdə də 10 güləşçimiz ölkəmizi təmsil edəcək. Bunlar Rəşad Məmmədov (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Fərahim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Laçın Vəliyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədovdur (125 kq).

Qeyd edək ki, yarışda ilk olaraq yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Daha sonra qadın güləşi və sərbəst növdə görüşlər keçiriləcək.

İdman.biz

Məqalədə: