Əsgərxan Novruzov: “İstərdik ki, Gimnaziyamız gələcəkdə Azərbaycan güləşinə töhfə versin”

Xəbərlər
4 Oktyabr 2024 17:35
922
Əsgərxan Novruzov: “İstərdik ki, Gimnaziyamız gələcəkdə Azərbaycan güləşinə töhfə versin”

"Niyyətimiz Azərbaycan güləşinə fayda verməkdir".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığmasının böyük məşqçisi Əsgərxan Novruzov Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Gimnaziyada təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu idman ocağı güləşin gələcəyi üçün faydalı olacaq: "2024-cü ilin yanvar ayından fəaliyyətə başlamışıq. Həmin vaxt burada 26 idmançı var idi. Avqustda seçimlər etdik. Hazırda 44 güləşçimiz var. Çalışırıq ki, Azərbaycanın bütün bölgələrindən istedadlı uşaqları Gimnaziyaya cəlb edək. Hazırda potensiallı idmançılarımız var. İstərdik ki, Gimnaziyamız gələcəkdə Azərbaycan güləşinə töhfə versin. İnanıram ki, buna nail olacağıq. Bizə şərait yaratdıqları üçün federasiyamıza, Təhsil və İdman Nazirliyinə minnətdarıq".

Aytac Sahəd
İdman.biz