Mərdəkandakı Gimnaziyaya media-tur təşkil edilib - FOTO

Xəbərlər
4 Oktyabr 2024 17:58
236
Mərdəkandakı Gimnaziyaya media-tur təşkil edilib - FOTO

Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Gimnaziyaya media-tur təşkil edilib.

Azərbaycan Güləş Federasiyasının təşəbbüsü ilə baş tutan turda İdman.biz saytının da əməkdaşı iştirak edib.

KİV nümayəndələri inzibati bina və məşq zonaları ilə tanış olublar.

Gimnaziyanın fəaliyyəti, planlaşdırılan işlər və layihələr haqqında məlumat verilib.

Jurnalistlər öncə sərbəst güləşçilərin məşqinə baxıb, ardınca Gimnaziyanın yataqxana və yeməkxanasında yaradılan şəraitlə tanış olublar. Daha sonra yunan-Roma güləşçilərinin hazırlıq prosesi izlənilib.

Media-tur zamanı bildirilib ki, Gimnaziyada Respublikanın müxtəlif bölgələrindən ümumilikdə 813 şagird təhsil alır. Onlardan 77-si güləşlə məşğuldur.

Üç mərtəbədən ibarət binada idmançıların və akademiya üzvlərinin istirahəti üçün oyun zalları fəaliyyət göstərir. Gimnaziyada 195 yerlik yataqxananın olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Gimnaziyada güləş bölməsi 2024-cü ilin yanvar ayından fəaliyyət göstərir.

İdman.biz

Məqalədə: