Çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək

Xəbərlər
11 Oktyabr 2024 14:16
95
Çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək

Həftəsonu çimərlik güləşi üzrə mövsümə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, ilin həlledici yarışı Xorvatiyanın Poreç şəhərində keçiriləcək.

Oktyabrın 12-13-də təşkil ediləcək Dünya Seriyasının final mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) ökəmizi təmsil edəcək.

Qeyd edək ki, bu yarışdan dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.

İdman.biz

Məqalədə: