Tükiyəli güləşçi dopinqdə "ilişib"

Xəbərlər
16 Oktyabr 2024 20:15
510
Tükiyəli güləşçi dopinqdə "ilişib"

Türkiyəli sərbəst güləşçi Çengizhan Ramazan Doğan 3 il diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bu barədə Türkiyə Dopinqlə Mübarizə Komissiyası məlumat yayıb.

79 kq çəki dərəcəsində yarışan pəhləvanın qanından qadağan olunmuş ""boldenone" maddəsi tapılıb. O, bul il 20 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının gümüş mükafatçısı olub.

Qeyd edək ki, Ramazanın diskvalifikasiya müddəti iyulun 5-dən hesablanacaq.

İdman.biz