Elnurə Məmmədovanın ARZUSU

Xəbərlər
17 Oktyabr 2024 19:57
187
Elnurə Məmmədovanın ARZUSU

"Dünya çempionatına çox yaxşı hazırlıq keçmişik".

Bunu İdman.bizə Azərbaycan millisinin güləşçisi Elnurə Məmmədova (53 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada güləş üzrə keçiriləcək U-23 dünya çempionatı öncəsi fikirlərini açıqlayıb. Məmmədova bildirib ki, arzusu çempion olmaqdır: "Qalib gəlmək üçün əlimdən gələni edəcəm. Var gücümüzlə çalışırıq. Komanda üzvləri ilə birgə bayrağımızı ən yüksəyə qaldırmaq üçün bütün gücümüzü xalçada qoyacağıq. Hamının əhval-ruhiyyəsi çox yaxşıdır. Rəqiblərimizi də müəllimlərimizlə danışıb, analizlər edəcəyik".

Qeyd edək ki, dünya çempionatı oktyabrın 21-27-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz