Azərbaycan Güləş Federasiyasında seminar - FOTO

Xəbərlər
17 Oktyabr 2024 20:14
27
Azərbaycan Güləş Federasiyasında seminar - FOTO

Azərbaycan Güləş Federasiyası güləşçilər üçün seminar keçirib.

İdman.biz xəbər verir ki, təlimdə idmançılara media və ictimaiyyətlə kommunikasiya qurması ilə bağlı məlumat verilib.

Seminarda məruzəçi Ülkər Nəbiyevanın təqdimatında müasir dövrdə idmançıların media və ictimaiyyətlə kommunikasiya qurmasının metodları, bu sahədə mövcud olan problemlər, tövsiyələr diqqətə çatdırılıb, müxtəlif hadisələrdən nümunələr səsləndirilib. Bu zaman güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.

Qeyd edək ki, Güləş Federasiyası idmançılar və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.

İdman.biz