Nihat Quluzadə: “İnanıram ki, əziyyətimiz yerdə qalmayacaq”

Xəbərlər
18 Oktyabr 2024 14:35
238
Nihat Quluzadə: “İnanıram ki, əziyyətimiz yerdə qalmayacaq”

“Dünya çempionatına az bir vaxt qalıb”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada keçiriləcək güləş üzrə U-23 dünya çempionatına hazırlıqlarını dəyərləndirib. Quluzadənin sözlərinə görə, Qubada təlim-məşq toplanışından sonra yaxşı forma yığıblar: “Son hazırlıqları Bakıda keçirik. Toplanışların hər biri yüksək səviyyədə keçib. Bütün qaydalara yüksək səviyyədə riayət edərək məşqlər etmişik”.

Quluzadə vurğulayıb ki, dünya çempionatına qızıl medal üçün gedir: “İnanıram ki, əziyyətimiz yerdə qalmayacaq. Çempionluq bir az çətin olacaq. Çünki çəkimdə zəif rəqib yoxdur. Bütün rəqiblərimi analiz etmişəm. Yarışa gələn güləşçilərin hər biri çox güclü idmançılardır. Olimpiya çəkisi olduğu üçün zəif rəqib yoxdur. Qızılı medalı almaq üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 21-27 tarixlərində baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz