U-23 dünya çempionatı: Quluzadə bürünc qazanıb

Xəbərlər
22 Oktyabr 2024 21:58
89
U-23 dünya çempionatı: Quluzadə bürünc qazanıb

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatında ilk medalçılar bəlli olur.

İdman.biz xəbər verir ki, 3 yunan-Roma güləşçimiz medal uğrunda yarışıb.

Azərbaycan güləşçiləri ilk medalı qazanıblar.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq

Yarımfinalda uduzan Nihat Quluzadə bürünc uğrunda rumıniyalı Denis Florin Mihai ilə qarşılaşıb. Güləşçimiz 9:0 hesabı ilə qələbə qazanaraq, fəxri kürsüdə yer alıb.

67 kq
Fərid Xəlilov ilk təsəlliverici görüşdə albaniyalı Daniel Dayaniyə tam üstünlüklə (8:0), ikinci təsəlliverici görüşdə isə yaponiyalı Haruto Yabeyə 6:4 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Fərid bürünc medal uğrunda polşalı Arslanbek Salimova uduzaraq (4:8), çempionatı medalsız başa vurub.

82 kq
Finala gedən yolda məğlub olan Elmin Əliyev medal görüşündə Data Çxaidze ilə qarşılaşıb. Mübarizə rəqibin 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.

İdman.biz