U-23 dünya çempionatı: Həbibova təsəlliverici görüşdə uduzub

Xəbərlər
24 Oktyabr 2024 14:00
89
U-23 dünya çempionatı: Həbibova təsəlliverici görüşdə uduzub

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşçilər 5 çəkidə mükafatçıları müəyyənləşdirəcəklər.

Təmsilçimiz bu medallardan birinə iddia etsə də, əldən verib.

U-23 dünya çempionatı
Qadın güləşi
59 kq

Gülər Həbibova təsəlliverici görüşdə çinli Honq Lianqla üz-üzə gəlib. Rəqib 4:0 hesabı ilə qələbə qazandığından güləşçimiz yarışı mükafatsız bitirib.

Qeyd edək ki, bir gün öncə Gülərlə mübarizəyə başlayan Elnurə Məmmədova (50 kq) və Gültəkin Şirinova (55 kq) yarışla ilk mərhələdə vidalaşıb.

İdman.biz

Məqalədə: