Xasay Həsənli çıxışının uğursuz alınmasının səbəbini AÇIQLAYIB

Xəbərlər
24 Oktyabr 2024 16:10
259
Xasay Həsənli çıxışının uğursuz alınmasının səbəbini AÇIQLAYIB

“Nəticənin daha yaxşı olmasına bir səbəb maneə yaratdı”.

Bunu İdman.bizə Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatında bürünc medal qazanan Xasay Həsənli (77 kq) deyib.

Bu yaş kateqoriyası üzrə 2 dəfə Avropa çempionu olan, 1 dəfə mundialın gümüş mükafatına yiyələnən Həsənli bu dəfə üçüncü yeri tutmasının səbəbini açıqlayıb: “Yarışa gəlməmişdən ağır xəstələndim. Hərarətim yüksək idi. Üstəlik, dişimdə də infeksiya yaranmışdı. Mənim əvvəlki yarışlarımı izləyən Tiranadakı çıxışlarıma baxıb razı qala bilməzdi. Burada göstərdiyim performans Xasay Həsənliyə xas deyildi. İndiyə kimi heç bir yarışda belə zəif güləşməmişdim. Xalçada olarkən halsızlıq, taqətsizlik hiss olunurdu. Bu da şansız bir hadisə idi ki, yarışa 10 gün qalmış məni tapdı”.

Həsənli bildirib ki, bu səbəb olmasaydı qızıl medal qazana bilərdi: “Çempion olacağıma inanırdım. Təsəlliverici, üçüncü yer uğrunda görüşlərim də yaxşı alınmadı. Şans və təcrübə hesabına bürünc medal qazandım”.

Qeyd edək ki, Həsənli bürünc medal uğrunda görüşdə Temuri Orjonikidzeyə (Gürcüstan) 7:1 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz