Dünya çempionatı: 5 sərbəst güləşçimiz mübarizəyə başlayır

Xəbərlər
25 Oktyabr 2024 10:12
220
Dünya çempionatı: 5 sərbəst güləşçimiz mübarizəyə başlayır

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləşçilər mübarizəyə başlayacaqlar.

Azərbaycan millisi 5 çəkinin hər birində təmsil olunacaq.

U-23 dünya çempionatı
Sərbəst güləş
61 kq

İlk mərhələdən mübarizəyə qoşulacaq Ruslan Abdullayev Endrio Avdili (Albaniya) ilə güləşəcək.

74 kq
Cəbrayıl Qacıyev təsnifat mərhələsində David Volfla (Almaniya) üz-üzə gələcək.

86 kq
Arseni Coyevin ilk rəqibi David Morodion (Almaniya) olacaq.

92 kq
Abdulcəlil Şabanov 1/8 finalda Qkivi Bliatze (Yunanıstan) – Aleksanders Pirozniks (Latviya) cütünün qalibini gözləyir.

125 kq
Aydın Əhmədov Jinhai Vanqla (Çin) qüvvəsini sınayacaq.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: