Qurban Qurbanov: “Hədəfim etimadı doğrultmaqdır”

Xəbərlər
27 Oktyabr 2024 09:58
220
Qurban Qurbanov: “Hədəfim etimadı doğrultmaqdır”

“Yarışa çox yaxşı hazırlaşırıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə keçiriləcək güləş üzrə dünya çempionatına hazırlığını dəyərləndirib. Qurbanov bildirib ki, komanda da əhval-ruhiyyə yüksəkdir: “Hər kəs var gücü ilə bu çempionata hazırlaşır. Əlimizdən gələni edib, yaxşı nəticə üçün çalışacağıq. Əsas hədəfim bizə göstərilən etimadı doğrultmaqdır. Mundiala kifayət qədər güclü rəqiblər qatılacaq. Ona görə diqqətli olub, məsuliyyətli yanaşmaq lazımdır”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 28-31-də keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz