Jalə Əliyeva dünya çempionu olub - REVANŞ

Xəbərlər
25 Oktyabr 2024 21:08
393
Jalə Əliyeva dünya çempionu olub - REVANŞ

Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin idmançısı da medal görüşünə çıxıb.

Jalə Əliyeva finalda çempionluq uğrunda güləşib.

U-23 dünya çempionatı
Qadın güləşi
57 kq

Jalə Əliyeva dünya çempionatında titula yiyələnmək üçün mübarizə aparıb. O, finalda yaponiyalı Ruka Natami ilə münasibətinə aydınlıq gətirib. Ötənilki mundialın finalında bu rəqibə uduzan Jalə həm revanş alıb, həm də dünya çempionu tituluna sahib çıxıb. Gərgin keçən görüşü Əliyeva 10:8 hesabı üstün bitirib.

Qeyd edək ki, millinin digər qadın güləşçiləri mübarizəni erkən dayandırıblar.

İdman.biz

Məqalədə: