Dünya çempionatı: Xanıyev yarımfinalda

Xəbərlər
26 Oktyabr 2024 18:09
119
Dünya çempionatı: Xanıyev yarımfinalda

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın altıncı günündə də xalçaya sərbəst güləşçilər çıxıblar.

Onlar son 5 dəst medal uğrunda güclərini yoxlayırlar. Bütün çəkilərdə Azərbaycan təmsil olunur.

57 kq
Vasif Bağırov ilk mərhələdə ermənistanlı Manvel Xndzrtsyanla üz-üzə gəlib və rəqib 12:2 hesabı ilə qalib gəlib.

65 kq
Rəşid Babazadə ilk görüşündə Alibek Alibekovu (Bəhreyn) 5:0 hesabı ilə məğlub edib. O, ardınca Hamzat Arsamerjoyevdən (Fransa) də güclü olub - 2:1. Babazadə 1/4 finalda özbəkistanlı Umidjon Jalolova uduzub.

70 kq
Maqomed Xanıyev startda Muhammad Abduraxmanovu (Belçika) 7:0 hesabı ilə məğlub edib. O, ardınca Elih Samuel Riveraya (Puerto-Rika) heç bir şans verməyib - 10:0. Xanıyev 1/4 finalda tacikistanlı Mustafo Ahmedovdan üstün olub 10:4. Güləşçimiz yarımfinalda Suceet Suceetlə (Hindistan) üz-üz gələcək.

79 kq
Əli Tskayev təsnifat mərhələsində Aryan Danaya (Albaniya) 11:0 hesabı ilə qalib gəlsə də, ardınca İvan Qaraşuka (Ukrayna) uduzub - 4:4.

97 kq
Aslan Abakarov ilk görüşdə iranlı Mahdi Hacıloviana 0:10 hesabı ilə məğlub olub.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub.

İdman.biz

Məqalədə: