Dünya çempionumuz: “Yeni tarixlər yazmağa çalışacam”

Xəbərlər
26 Oktyabr 2024 13:14
221
Dünya çempionumuz: “Yeni tarixlər yazmağa çalışacam”

“Mənim qələbəmə sevinən, azarkeşlik edən Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin güləşçisi Jalə Əliyeva (57 kq) deyib.

O, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatındakı qızıl medal qazanmasını şərh edib. Federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşən Əliyeva bildirib ki, bundan sonra da əzimlə hazırlaşıb, yeni tarixlər yazmağa, qələbələr qazanmağa çalışacaq: “Ən əsası 3 rəngli bayrağımızı yüksəklərdə dalğalandırmaq istəyirəm. Daha möhtəşəm uğurlarımız qabağdadır. Bu, dünya çempionluğum digər güləşçi qızlarımıza açılan yol olsun”.

Qeyd edək ki, Jalə Əliyeva U-23 dünya çempionu olan ilk qadın güləşçimiz olub.

İdman.biz

Məqalədə: