Dünya çempionatı: 4 güləşçimiz medala doğru

Xəbərlər
26 Oktyabr 2024 14:03
79
Dünya çempionatı: 4 güləşçimiz medala doğru

Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda bu gün sərbəst güləş üzrə 5 çəki dərəcəsində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin iki güləşçisi qızıl, ikisi bürünc medal uğrunda mübarizə aparacaq.

U-23 Dünya çempionatı
Sərbəst güləş

6️1️ kq
Ruslan Abdullayev finalda Başir Maqomedovla (AİN) üz-üzə gələcək.

7️4️ kq
Cəbrayıl Qadjiyev təsəlliverici görüşdə İsmet Çiftçiyə 11:3 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda İsmail Xaniyevlə (AİN) güləşəcək.

8️6️ kq
Arseniy Djioyev qızıl medal uğurunda mübarizə aparacaq. O, finalda Arslan Baqayevi (AİN) sınağa çəkəcək.

1️2️5️ kq
Yarımfinalda məğlub olan Aydın Əhmədov bürünc medal görüşündə Omarxan Nadirov (Qazaxıstan) - Volodimir Koçanov (Ukrayna) cütünün qalibi ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub.

İdman.biz

Məqalədə: