Dünya çempionatı: 1 qızıl, 1 bürünc şansı

Xəbərlər
27 Oktyabr 2024 13:06
55
Dünya çempionatı: 1 qızıl, 1 bürünc şansı

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışın son günün sərbəst güləşçilər arasında qaliblər bəlli olacaq.

Azərbaycan yığmasının iki üzvü medallar uğrunda yarışacaq.

70 kq
Maqomed-Başir Xaniyev finalda mübarizə aparacaq. Onun rəqibi Maqomed Emi Eltemirov (AİN) olacaq.

97 kq
Aslan Abakarov təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz amerikalı Massoma Endeke ilə yarışacaq.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) isə dünya çempionu olub. Sərbəst güləş yığmamızın heyətində Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc əldə edib.

İdman.biz