Sərbəst güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü olub

Xəbərlər
28 Oktyabr 2024 09:08
257
Sərbəst güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü olub

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi mundialı 1️ qızıl, 2️ gümüş və 1️ bürünc medalla başa vurub.

Yekunda 1️0️0️ xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: