Dünya çempionatı: Qurbanovdan qələbə ilə start, Əzizli gözləyir

Xəbərlər
28 Oktyabr 2024 15:02
152
Dünya çempionatı: Qurbanovdan qələbə ilə start, Əzizli gözləyir

Bu gün Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Azərbaycan 4 çəki dərəcəsinin hər birində təmsil olunacaq.

Dünya çempionatı
Yunan-Roma güləşi
57 kq

Üçqat dünya çempionu Eldəniz Əzizli yarışa 1/8 finaldan qoşulacaq. O, albaniyalı Bayram Sina ilə üz-üzə gələcək.

63 kq
İlk mərhələdən mübarizəyə başlayacaq Nihat Məmmədli İldar Hafizovla (ABŞ) gücünü yoxlayacaq.

72 kq
Ülvi Qənizadənin 1/8 finalda rəqibi Otar Abuladze (Gürcüstan) – Amadeuş Vitek (Macarıstan) cütünün qalibi olacaq.

82 kq
Qurban Qurbanov təsnifat mərhələsində albaniyalı Kevin Kupini sınağa çəkib. O, rəqibinə tam üstünlüklə (9:0) qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, mundiala oktyabrın 31-də yekun vurulacaq.

İdman.biz