Dünyada 13-cü: Azərbaycan Almaniya və Finlandiyanı keçib

Xəbərlər
30 Oktyabr 2024 12:06
123
Dünyada 13-cü: Azərbaycan Almaniya və Finlandiyanı keçib

Azərbaycan milli komandası güləş üzrə dünya çempionatları tarixinin ümumi medal sıralamasında irəliləyib.

İdman.biz xəbər verir ki, yığmamız planetin 13-cüsü olub.

Bu, Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında uğur qazanan yunan-Roma güləşçilərimizin sayəsində gerçəkləşib. Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub.

Bununla da Azərbaycanın mundiallardakı qızıl medallarının sayı 22-yə yüksəlib. Millimiz bu göstəricidə Almaniya və Finlandiyaya çatıb.

Lakin gümüş mükafat sayında Azərbaycan hər iki ölkəni qabaqlayır. Güləşçilərimiz 34, almaniyalılar 28, finlandiyalılar 26 finalda uduzublar. Bu da yığmamızın dünyada 13-cü olmasına imkan verib.

Qeyd edək ki, 1904-cü ildən keçirilən dünya çempionatlarının medal sıralamasında SSRİ 1-ci, Yaponiya 2-ci, Rusiya 3-cüdür.

İdman.biz

Məqalədə: