"İdman Bizdə"nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi Həsrət Məmmədyarov olub.
Qonağımız Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında millinin çıxışını dəyərləndirib.
Jalə Əliyevanın şəxsi məşqçisi dünya çempionumuzun əzmkarlığından söz açıb. O, tələbəsinin ciddi zədələr almasına baxmayaraq, mübarizəni dayandırmadığını vurğulayıb.
Qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında uğur qazanan idmançılarımızdan danışan məşqçi qeyd edib ki, oktyabr ayı güləşçilərimiz üçün uğurlu olub.
Qonağımız bildirib ki, son illərdə ölkəmizdə qadın güləşinə maraq xeyli artıb.
Müsahibənin videovariantını təqdim edirik:
İdman.biz