Bəhreyndə Gimnaziadanın son günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilir.
İdman.biz xəbər verir ki, Azərbaycan komandası artıq 8 medal qazanıb.
Şahid Nəbiyev (48 kq), Nihat Bəhmənov (51 kq), Əmrah Əmrahov (55 kq), Akif Nəcəfli (65 kq) və Yusif Əhmədli (71 kq) gümüş medallara layiq görülüblər.
Turan Daşdəmirov (55 kq), Nihad Tağıyev (60 kq) və Emil Abbasov (80 kq) bürünc medal əldə ediblər.
İdman.biz