Güləş üzrə dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda qeyri-olimpiya çəkilərində qaliblər müəyyənləşib.
Dörd gün davam edən mundialda 12 dəst medal sahibini tapıb. Üç qızıl qazanan Azərbaycan millisi çempionatın medal sıralamasında ikinci olub.
Yığmamız yalnız Yaponiyadan geri qalıb. Bu isə o deməkdir ki, Azərbaycan Avropada “1 nömrə” statusuna yiyələnib.
Ölkəmizə hər üç çempionluğu yunan-Roma güləşçiləri gətirib. Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) Tiranada dünya çempionu olub.
Medal sıralamasında “üçlüy”ü Qazaxıstan qapayıb. Ümumilikdə 48 medalı 19 ölkə təmsilçiləri və neytral statuslu idmançılar qazanıblar.
Qeyd edək ki, ayrı-ayrı növlər üzrə komanda hesabında Azərbaycan yunan-Roma, Gürcüstan sərbəst, Yaponiya qadın güləşində hamını qabaqlayıb.
Yer |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 |
Yaponiya |
4 |
1 |
1 |
6 |
2 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
3 |
Qazaxıstan |
1 |
2 |
0 |
3 |
- |
Neytral atletlər |
1 |
1 |
4 |
6 |
4 |
Gürcüstan |
1 |
1 |
2 |
4 |
5 |
İran |
1 |
1 |
1 |
3 |
6 |
Çin |
1 |
1 |
0 |
2 |
7-10 |
Fransa |
0 |
1 |
1 |
2 |
Moldova |
0 |
1 |
1 |
2 |
|
Rumıniya |
0 |
1 |
1 |
2 |
|
Türkiyə |
0 |
1 |
1 |
2 |
|
11 |
Macarıstan |
0 |
1 |
0 |
1 |
12 |
ABŞ |
0 |
0 |
4 |
4 |
13 |
Slovakiya |
0 |
0 |
2 |
2 |
14-19 |
Almaniya |
0 |
0 |
1 |
1 |
Çexiya |
0 |
0 |
1 |
1 |
|
Hindistan |
0 |
0 |
1 |
1 |
|
Ermənistan |
0 |
0 |
1 |
1 |
|
Serbiya |
0 |
0 |
1 |
1 |
|
Tacikistan |
0 |
0 |
1 |
1 |
İdman.biz