Dünya Güləş Birliyi (UWW) rusiyalı Xizar Durqayevi (125 kq) cəzalandırıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində də çıxış etmiş 41 yaşlı veteran güləşçi antidopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya olunub.
Bu, onun ilk cəzası deyil. Durqayev eyni səbəbdən millimizin heyətində çıxışı zamanı da yarışlardan kənarlaşdırılıb.
2016-cı ildə karyerasını bitirən sərbəst güləşçi 9 il öncə Azərbaycan çempionu tituluna yiyələnib.
Qeyd edək ki, Durqayev 2006-2007-ci illərdə yığmamızın şərəfini qoruyub.
İdman.biz