Dünya Güləş Birliyi əsas yarış təqvimini təsdiqləyib

Xəbərlər
6 Yanvar 2025 23:41
51
Dünya Güləş Birliyi əsas yarış təqvimini təsdiqləyib

Dünya Güləş Birliyi (UWW) 2025-ci ilin əsas yarışların təqvimini açıqlayıb.

İdman.biz xəbər verir ki, dünya çempionatı sentyabrın 13-21-də Zaqrebdə (Xorvatiya) keçiriləcək.

Müxtəlif yaş qrupları üzrə mundialların təqvimi isə belədir:

17 yaşadək gənclər arasında dünya çempionatı - Afina, Yunanıstan (28-3 iyul);

20 yaşadək güləşçilər arasında dünya çempionatı - Bolqarıstan, Sofiya (18-24 avqust);

23 yaşadək güləşçilər arasında dünya çempionatı - Novi Sad, Serbiya (20-24 oktyabr).

Həmçinin bu il üçün reytinq seriyalı 4 turnirin tarixi də dəqiqləşib.

1-ci reytinq seriyası - Zaqreb, Xorvatiya (5-9 fevral);
2-ci reytinq seriyası - Tirana, Albaniya (26 fevral - 2 mart);
3-cü reytinq seriyası - Ulan-Bator, Monqolustan (29 may - 1 iyun);
4-cü reytinq seriyası - Budapeşt, Macarıstan (17-20 iyul).

Avropa çempionatı isə aprelin 7-13-də Slovakiyanın Bratislava şəhərində keçiriləcək.

İdman.biz