Azərbaycan millisinin güləşçisi Mariya Stadnik gələcəyi ilə bağlı qərarını verib.
İdman.biz xəbər verir ki, 50 kq çəkidə çıxış edən idmançının özü açıqlayıb.
İnstaqram hesabında paylaşım edən Stadnik karyerası ilə bağlı qərarı yaxın müddətdə açıqlayacağını bildirib: “Paris-2024 Yay Olimpiya Oyunları başa çatandan sonra bir çoxları soruşurdu ki, indi necə olacaq, idmançı karyerama tamam, yoxsa davam? Mən də istirahət götürdüm ki, nəyin yaxşı olacağını düşünüm. Tezliklə qərarım haqda danışacam”.
Qeyd edək ki, Stadnik Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısıdır.
İdman.biz