Mariya Stadnik karyerasını başa vurub - VİDEO

Xəbərlər
2 Fevral 2025 21:19
77
Mariya Stadnik karyerasını başa vurub - VİDEO

Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya Stadnik idmançı kimi fəaliyyətini başa vurub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası sosial şəbəkədə məlumat paylaşıb.

Məlumatda deyilir:
"Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir oldu.

Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirir.

İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq.

Hər şey üçün çox sağ ol, Mariya!"

Qeyd edək ki, bununla bağlı Mariya Stadnik "instagram" hesabında paylaşım edib.

İdman.biz