Mariya Stadnik yeni iş yerini açıqlayıb - EKSKLÜZİV

Xəbərlər
3 Fevral 2025 15:27
130
Mariya Stadnik yeni iş yerini açıqlayıb - EKSKLÜZİV

“Bütün şanslarımdan istifadə elədim”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq güləşçisi Mariya Stadnik deyib.

Karyerasını bitirən ulduz idmançı gələcək planlarını açıqlayıb. O, artıq yeni işə başladığını da bildirib: “Fikirləşdim ki, artıq getməyin vaxtıdır. Çünki idmandan bacara bildiyim hər şeyi maksimum əldə elədim. Artıq başa düşürəm ki, başqa sahədə faydalı olmağın vaxtı gəlib. Məşqçi kimi davam etmək istəmirəm, ancaq Azərbaycan Güləş Federasiyada qadın güləşi üzrə koordinator kimi çalışacam. Ölkəmizdə qadın güləşinin inkişafı üçün əlimdən gələni edəcəm. Mən güləşi tərk etməmişəm və heç vaxt da bunu etməyi düşünmürəm”.

Qeyd edək ki, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnik dünən karyerasını bitirdiyini açıqlayıb.

Aytac Sahəd
İdman.biz

Məqalədə: