Həsrət Cəfərov "Zagreb Open" yarışının posterində

Xəbərlər
4 Fevral 2025 15:11
50
Həsrət Cəfərov "Zagreb Open" yarışının posterində

Dünya Güləş Birliyi ilin ilk reytinq turniri - “Zagreb Open” üçün posteri təqdim edib.

İdman.biz xəbər verir ki, afişanın əsas personajlarından biri Olimpiya oyunlarının bürünc mükafatçısı Həsrət Cəfərov (67 kq) olub.

Azərbaycanlı yunan-Roma güləşçi Zaqrebdə çıxış edəcək komandanın heyətində yer alıb.

Yarış fevralın 5-9-da Xorvatiyanın paytaxtında keçiriləcək.

İdman.biz