Bu gün Xorvatiyanın paytaxtında güləş üzrə reytinq seriyasının ilk turniri olan “Zagreb Open” başlayır.
İdman.biz xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Azərbaycanın altı idmançısı - İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Arseni Cioyev (86 kq) bu gün mübarizəyə başlayıb. Yığmamızın üzvləri 1 qızıl, 2 gümüş və 2 bürünc qazanıblar.
Sərbəst güləş
57 kq
İslam Bazarqanov 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabı ilə qalib gəlib. Yarımfinalda iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanan İslam finalda amerikalı Spenser Li ilə qarşılaşıb. 2:6 hesabı ilə uduzan güləşçimiz gümüşlə kifayətlənib.
61 kq
Nürəddin Novruzov təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb - 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leomid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə iranlı Reza Momenizadə ilə mübarizə aparıb. 8:4 hesabı ilə qalib gələn bahadırımız 3-cü olub.
65 kq
Əli Rəhimzadə ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb - 3:0. Rəhimzadə 1/4 finalda amerikalı Josef Makkennaya 4:7 hesabıyla məğlub olub. Əli bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşviliylə 6:0 hesabı ilə qalib gələrək, fəxri kürsüdə yer alıb.
70 kq
Kənan Heybətov təsnifat mərhələsində meksikalı Austin Qomezdən güclü olub - 9:5. Həmyerlimiz 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb - 11:1. Heybətov yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana da göstərib - 10:5. Kənan finalda İran yığmasının digər üzvü Sina Xalili ilə üz-üzə gəlib. 12:1 hesabı ilə qələbə qazanan Kənan turnirin qalibi olub.
74 kq
1/4 finalda slovakiyalı Taymuraz Salkazanova 0:5 hesabı ilə məğlub olan Ağanəzər Novruzov bürünc medal uğrunda görüşdə gürcüstanlı Giorgi Elbakidzeyə mübarizə aparıb. Rəqib idmançı 3:2 hesabı qalib gəldiyindən güləşçimiz medalsız qalıb.
86 kq
Arseniy Djioyev ukraynalı Muxammed Aliyev və gürcüstanlı Tariyel Gafrindaşviliyə vaxtından əvvəl (10:0) qalib gəlib. Güləşçimiz amerikalı Trent Hidleyi də 5:0 hesabıyla üstələyərək adını finala yazdırıb. Onun həlledici qarşılaşmada rəqibi amerikalı Zahid Valensiya olub. Arseniy 0:8 hesabı ilə uduzaraq, gümüşlə kifayətlənib.
Qeyd edək ki, Zaqrebdə Azərbaycanı 33 idmançı təmsil edir.
İdman.biz