Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın 2 idmançısı fəxri kürsüyə qalxıb.
Rəşid Babazadə (65 kq) və Şamil Zubairov (97 kq) üçüncü yeri tutub.
Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kq) vətənə bürünc medalla qayıdıb.
İdman.biz