Əsmər bürünc, Günay qızıl uğrunda güləşəcək

Xəbərlər
10 Mart 2025 22:09
108
Əsmər bürünc, Günay qızıl uğrunda güləşəcək

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə qadınlar mübarizəyə başlayıb, sərbəst güləşçilər isə təsəlliverici görüşləri keçiriblər.

Azərbaycan idmançıları da xalça üzərinə çıxıblar. Üç qadın güləşçimizdən ikisi yarımfinala yüksəlib. Yusif Dursunov isə bürünc uğrunda qarşılamaya vəsiqə qazanıb.

Qadın güləşi
50 kq

Əsmər Cankurtaran isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda qarşılaşmada belaruslu Anastasiya Yanotava (UWW) ilə qarşılaşıb. Məğlubiyyətlə üzləşən güləşçimiz sabah bürünc uğrunda Songül Kavakla üz-üzə gələcək.

55 kq
Nərgiz Səmədova 1/4 finalda almaniyalı Amori Andrixə "tuş"la məğlub olub.

59 kq
Günay Qurbanova belaruslu Marta Hetmanavaya (UWW) 7:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi ukraynalı Yuliya Paxniukla olub. Tam üstünlüklə (11:1) qalib gələn Günay sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.

Sərbəst güləş
125 kq

Yusif Dursunov təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskiyə (UWW) 4:2 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, medal qarşılaşmasında türkiyəli Efe Al ilə güləşəcək.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.

İdman.biz