Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.
İdman.biz xəbər verir ki, Azərbaycan sərbəst güləşçiləri uğurlu çıxışla yadda qalıblar.
Təmsilçilərimiz 9 medal qazanıblar. Əldə olunan medallardan birinin əyarı qızıl, dördü gümüş, dördü isə bürünc olub. Azərbaycan yığması bu nəticə ilə komanda hesabında birinci yeri tutub. 169 xal toplayan millimiz Türkiyə (117) və Ukraynanı (104) arxada qoyub. Bu, Azərbaycan sərbəst güləşilərinin ardıcıl 4-cü çempionluğu olub.
Qeyd edək ki, Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürüncə sahib olublar.
İdman.biz