Avropa çempionatı: Bir qızıl, bir bürünc şansı

Xəbərlər
11 Mart 2025 22:03
75
Avropa çempionatı: Bir qızıl, bir bürünc şansı

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın 4-cü günündə qadın güləşçilər xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 4 təmsilçisi mübarizəyə start verib. Onlardan ikisi yarımfinala yüksəlib.

Qadın güləşi
53 kq

Elnurə Məmmədova italiyalı Mariya Feroneyə tam üstünlüklə (11:0) qalib gələrək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün ispaniyalı Karla Solerlə qarşılaşıb. Tam üstünlüklə qalib gələn güləşçimiz həlledici görüşdə Yekaterina Karpuşkina ilə qüvvəsini sınayacaq.

57 kq
Gültəkin Şirinova 1/4 finalda belaruslu Arina Martinavaya (UWW) 2:10 hesabıyla məğlub olub.

62 kq
Birgül Soltanova 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla uduzub.

65 kq
Ruzanna Məmmədova polşalı Olqa Padoşikə 6:3, rusiyalı Yekaterina Koşkinaya (UWW) isə 8:6 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Güləşçimizin növbəti rəqibi belaruslu Kseniya Tsyareniya (UWW) olub. Təmsilçimiz 1:3 hesabı ilə uduzub. O, sabah bürünc uğrunda yarışacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi Bakı vaxtı ilə 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.

İdman.biz