"Klassiklər"imizin 1 qızıl, 1 bürünc şansı

Xəbərlər
12 Mart 2025 21:52
60
"Klassiklər"imizin 1 qızıl, 1 bürünc şansı

23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıb, qadın güləşində isə təsəlliverici görüşlər keçirilib.

55 kq
Elmir Əliyev moldovalı Maksim Sarmanovu (9:1) və albaniyalı Andi Mukanı (11:2) vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. O, finala vəsiqə üçün rusiyalı Alibek Amirovla (UWW) qarşılaşıb və rəqib son xalı qazandığına görə qalib gəlib (2:2). Elmir bürünc uğrunda yarışacaq.

63 kq
Ziya Babaşov isveçli Aleksander Vafaiyə 3:1 hesabıyla, yunanıstanlı Marios Kapantaisə isə tam üstünlüklə (10:2) qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi bolqarıstanlı Miroslav Emilov olub. Ziya 8:0 hesabı ilə qalib gələrək finala yüksəlib. O, həlledici görüşdə moldovalı Vitaliy Yeriomenke ilə üz-üzə gələcək.

77 kq
Xasay Həsənli yunanıstanlı Andreas Vasilakopula tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda almaniyalı Aaron Bellşeidtə uduzub - 3:7.

87 kq
Cocu Səmədov təsnifat mərhələsində ermənistanlı Vigen Nazaryana 0:7 hesabıyla məğlub olub.

130 kq
Ayxan Mərdanov təsnifat mərhələsində çexiyalı Artur Sarkisyana 0:2 hesabıyla uduzub.

İdman.biz