Elnurə Avropa çempionu olub - FOTO

Xəbərlər
12 Mart 2025 21:41
48
Elnurə Avropa çempionu olub - FOTO

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün qadınlar arasında mübarizəyə yekun vurulacaq.

Azərbaycan millisinin 3 təmsilçisi medallar uğrunda yarışır.

Qadın güləşi
53 kq

Elnurə Məmmədova çempionatın finalında Yekaterina Karpuşkina ilə qüvvəsini sınayıb. 3:0 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionu olub.

57 kq
Gültəkin Şirinova təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlbi. O, eyni uğuru bürünc medal uğrunda qarşılaşmada davam etdirə bilməyib. Gültəkin rumıniyalı Georgiana Lirkaya 2:9 hesabı ilə uduzub.

65 kq
Ruzanna Məmmədova bürünc uğrunda Oleksandra Rıbaka (Ukrayna) ilə güləşib. 2:8 hesabı ilə uduzan idmançımız yarışı medalsız başa vurub.

İdman.biz